Keçməyən qaşınmanın səbəbi nədir? Video



 17:27 14.10.2024     1031

Qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblər üzündən meydana çıxır.

Həmin səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Qaşınma bütün bədəndə və ya yalnız müəyyən nahiyədə olur. İlk növbədə, onun səbəbinin müəyyən edilməsi vacib məsələdir.

Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənov / Demedia.az