Dəri ləkələrinin yaranma səbəbi nədir? Video



 13:11 21.10.2024     1087

Gözəl və sağlam dəri cəlbedici görünüşün əsas komponentlərindən biridir.

Ancaq dəridə ağ, qəhvəyi və ya qırmızı kimi ləkələrin görünməsi insanın görünüşündən narazılığına səbəb ola bilər. Dəridə ləkələr əsasən, zob xəstəliyi, dəmir çatışmazlığı, maddələr mübadiləsinin pozulması, böyrəküstü vəzin və qaraciyərin xəstəliyi zamanı meydana gəlir. Qandakı dəyişikliklər də ləkələrin yaranmasına və artmasına səbəb ola bilər. Bəzi ləkələr isə göbələk xəstəliyi və ya xərçəng zamanı müşahidə edilir.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Aysun Həsənova / DEMEDİA.AZ