Uşaqlarda nə zaman boy hormonuna başlamaq olar? Video



 11:42 26.10.2024     1066

Əksər insanlar üçün boy hormonu beyindəki hipofiz tərəfindən təbii şəkildə əmələ gəlir. Adının da işarə etdiyi kimi boy hormonu bizim boy artmağımızı təmin edir. Buna baxmayaraq, o, həmçinin bədəndə aşağıdakılar kimi bir çox digər mühüm funksiyalara da öz töhfəsini verir:

  •  Güclü və sağlam sümük inkişafı
  •  Metabolizmanın, xüsusilə də əzələ və yağ balansının tənzimlənməsi
  •  Orqanların inkişafı və qorunması
  •  Ümumi sağlamlıq və enerji səviyyəsi

Uşağın həmyaşıdları və ya qardaş-bacıları ilə müqayisədə daha zəif boy artması ilə əlaqədar bir çox səbəblər var. Bəziləri tamamilə zərərsizdir və uşağın sağlamlığına təsir etmir. Məsələn, bəzi uşaqlar sadəcə başqaları ilə müqayisədə fərqli bir sürətlə boy atırlar və zaman keçdikcə boyda digər uşaqlara çatırlar. Digər tərəfdən, uşağın düzgün boy artmamasının ciddi səbəbləri ola bilər. Bunlar böyrək və ya qaraciyər xəstəliklərindən düzgün qidalanmamaya qədər bir çox səbəbə görə ola bilər. Bəzən də, onların orqanizmi insanın boy artmasını təmin edən boy hormonunu kifayət qədər ifraz etmir.

Uşaq Endokrinoloqu Samirə Nəsibova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Uşaq Endokrinoloqu Samirə Nəsibova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Aysun Həsənova / DEMEDİA.AZ