Dəri buynuzu nədir? Video
Dərinin xoşxassəli törəmələri qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur.
Dəri buynuzu əsasən 50-55 yaşlardan sonra epidermis hüceyrəsindən ( buynuz qatın ) əmələ gələn xoş xassəli törəmədir. Dəri buynuzu adı törəmənin konus formalı və buynuz kimi kifayət qədər sərt olmasına əsasən verilib. Yaranma səbəbi ultrabənövşəyi şüalanma, xroniki travma, həşərat sancması, təhlükəli və ziyanlı iş şəraiti ( dənizçi, sürücü, şaxta və sənaye işçiləri və s.) və s. ola bilər. Sarı, qəhvəyi rəng çalarlarına malik bu sərt törəmənin bəzən isə genezi məlum olmayanlarına da rast gəlinir. Lokalizasiya nahiyəsi əl, ayaq, alın, boyun, qulaq seyvanı,başın tüklü hissəsi və s.-dir. Maliqnizasiya ( bədxassəli dəri törəməsinə çevrilmə ) ehtimalı olduğu üçün törəmənin kökündən amputasiyası tövsiyədir.
Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Aysun Həsənov / Demedia.az