Kişilərdə qadın hormonu çox olarsa nələrə səbəb ola bilər? Video



 11:45 29.10.2024     523

Kişilərdə estrogen hormonunun normadan artıq olması bir çox sağlıq və psixi problemlərə səbəb olur.

Hər iki hormon reproduktiv sistemin normal funksiyası üçün vacibdir. Amma estrogenin kişi orqanizmində normadan çox olması təhlükəli pozulmalara səbəb ola bilər.  Gineomastiya – estrogen çox olduqda, kişinin bədən forması sanki qadınlaşır və süd vəziləri böyüyür. Ona görə bu problemlər varsa, hormonal analizlər vermək mütləqdir.

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənova / Demedia.az 




Bu görüntülər bizə əlavə imkanlar yaradır t - Preziden



 14:47 04.02.2021     762

Peyk görüntülərindən səmərəli istifadə etməliyik. Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində.

Nexeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik", - dövlət başçısı bildirib.