Üçlü sinir zədələnməsi nədir? Video



 17:01 07.11.2024     965

Trigeminal Nevralgiya üz və ağız nahiyəsini innervasiya edən beşinci kəllə siniri olan trigeminal sinirin anormal stimullaşdırılması nəticəsində baş verən şiddətli ağrılı bir vəziyyətdir.

Adətən qəfil başlayan və şiddətli, paroksismal (hücumedici) xarakter daşıyan bu ağrı xəstələrin həyat keyfiyyətinə ciddi təsir edir. Bu vəziyyətin əsas səbəbi adətən qasser düyününün şaxələrinin iltihablaşmasının nəticəsidir. Belə ki, qasser düyünündən alın, almacık və çənəyə doğru 3 şaxə ayrılır. Bu şaxələrdən hər hansı birinin zədələnməsi nəticəsində də ağrılar yaranır.

Alqoloq Vüsal Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənova / Demedia.az