Hansı D vitamini daha effektivdir? - Ampul, kapsul yoxsa yağlar? Video
D vitamini (kalsiferol) yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur.
D vitamini antiraxit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir.
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Aysun Həsənova / DEMEDİA.AZ