DİQQƏT! Ayaqlarınız uyuşursa, BAXIN -VİDEO



 18:30 29.11.2024     505

Bugünkü mövzumuz “metropol sindromu” adlanan ayaq uyuşmasıdır. Səbəbləri müxtəlifdir. 1. Qeyri-düzgün oturuş. Məsələn, ayağımızı digər ayağımızın üstünə ataraq oturduğumuzda uyuşma ola bilir. Bu zaman vəziyyəti düzəltməkçün uyuşan ayağı ovxalamalı, müəyyən hərəkətlər etməlisiniz ki, vəziyyət düzəlsin. 2. Şəkər xəstəliyi. Bəli, şəkər xəstəliyi diabetik neyropatiyaya, yəni sinir ucu iltihabına səbəb olur. Ayaqlara gedən damarlar tamamilə açıq olsa belə, sinir ucundakı iltihab nədəniylə ayaqlarda uyuşma yaşanır. Bəzən həkimlər şəkər xəstələrinin bu cür şikayətlərini azaltmaq üçün antioksidantlar yazırlar. Amma həkim də, xəstə də bilir ki, diabetik neyropatiya geri dönüşü olmayan vəziyyətdir. Ən yaxşısı, diabetik neyropatiyaya tutulmamaqdır ki, bunun da yolu şəkər xəstəliyinə qalib gəlmək cəhdlərindən heç vaxt əl çəkməməkdir. Düzgün qidalanma və aktiv həyat tərzi ilə şəkər xəstəliyini yenmək mümkündür. Yaxud dərmanlar vasitəsilə onu nəzarətdə saxlamaq olur. 3. Vitamin və mineral çatışmazlığı. Xüsusən, dəmir və B qrupu vitaminləri çatışmazlığı zamanı ayaqlarda uyuşma olur. Vitamin və minerallar qida əlavəsi kimi qəbul edildikdə, uyuşma tədricən azalır, bir gün isə tamamilə yoxa çıxır. 4. Ayaq damarlarının tıxanıqlığı. Ayaqlara qan daşıyan damarlardan biri tıxananda da uyuşma yaranır. Yeriyərkən ayaqlarınızda ağırlıq hiss edirsinizsə, yaxud durduq yerdə ayağınız uyuşursa, böyük ehtimalla ayaq damarlarından hansısa tıxanıb. Həkimlər buna periferik arterial xəstəlik də deyirlər. Müalicəsi elə də çətin deyil. Amma nizam-intizam, dəqiqlik tələb edir. Müalicə olunmazsa, ayaqlarda əzələ və toxuma itirilməsi yaşana bilir. 5. Alkoqol asılılığı. Alkoqol qəbulu B qrupu vitaminlərinin itirilməsi ilə nəticələnir. Ayaqlar uyuşmağa başlayır. Yeganə çıxış yolu alkoqol qəbulunu azaltmaqdır. 6. Fibromialgiya. Əzələ revmatizması olaraq bilinən fibromialgiyanı ruhi sarsıntılar ilə əlaqələndirənlər də var. 80% haqlıdırlar. Əgər fibromialgiyanız varsa, psixoloji dəstək görməyiniz vacibdir. Aktiv fiziki hərəkətlər isə ikinci həll üsuludur. Bunlara baxmayaraq, hələ də ayaqlardakı uyuşuqluq keçmirsə, dərman qəbuluna başlana bilər. Onurğa yırtıqları, insult, skleroz kimi xəstəliklər də ayaq uyuşuqluğunun səbəblərindəndir. Nevroloji xəstəlikləri də yaddan çıxarmaq olmaz. Onurğa yırtıqları adi, elə-belə keçib gedən xəstəlik deyil. Mütləq reabilitasiya proseduru başlanmalı, gərəkirsə, cərrahi müdaxilə edilməlidir. Yoxsa get-gedə uyuşan ayaqlar yeriməz. Varikoz isə nadirən də olsa, ayaqlarda uyuşma yaradır. Hər halda, problemin səbəbini bilməlisiniz ki, həll yolunu tapasınız. Səbəbləri özünüz deyil, mütəxəssis dəqiqləşdirsin.

 Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.