ABŞ Konqresində büdcə müzakirələri gərgin keçir.



 12:45 13.12.2024     383

ABŞ-da növbəti maliyyə ili üçün büdcə layihəsi üzərində müzakirələr gərgin keçməkdədir. Demedia.az CNN-ə istinadən xəbər verir ki, respublikaçılar və demokratlar arasında əsas fikir ayrılığı müdafiə xərcləri ilə bağlıdır. Respublikaçılar daha çox müdafiə büdcəsinin artırılmasını tələb edir, demokratlar isə sosial proqramlara diqqət ayrılmasını istəyir. Prezident Co Bayden hər iki tərəfi razılığa gəlməyə çağırıb. Gərginlik hökumətin bağlanma riski ilə üzləşməsinə səbəb ola bilər. Analitiklər bu vəziyyətin ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyini proqnozlaşdırır.