Yaponiya yeni zəlzələ xəbərdarlıq sistemini istifadəyə verdi.
Yaponiya hökuməti yeni və yüksək həssaslığa malik zəlzələ xəbərdarlıq sistemini təqdim edib. Demedia.az Reuters-ə istinadən xəbər verir ki, bu sistem zəlzələdən saniyələr əvvəl əhaliyə xəbərdarlıq etmək məqsədilə hazırlanıb. Sistem artıq Tokionun bir neçə hissəsində uğurla tətbiq edilib. Xəbərdarlıq siqnalları mobil cihazlara və televiziya vasitəsilə yayımlanır. Yapon Meteorologiya Agentliyi sistemin insanların həyatını xilas etməkdə mühüm rol oynayacağını vurğulayıb. İlk sınaqların müsbət nəticələri hökumətə əlavə vəsait ayırmaq qərarı verməyə imkan yaradıb.