ABŞ və İran arasında məhbus mübadiləsi razılaşması əldə edilib.
ABŞ və İran arasında uzun müddətdir davam edən diplomatik gərginlik məhbus mübadiləsi razılaşması ilə yumşalıb. Demedia.az Reuters-ə istinadən xəbər verir ki, razılaşma çərçivəsində hər iki tərəf bir neçə məhbusu azad edəcək. ABŞ hökuməti bu addımı İranla yeni diplomatik əlaqələrin qurulmasına yönəlmiş vacib bir addım kimi dəyərləndirir. Razılaşmanın təfərrüatları hələlik tam açıqlanmayıb. Lakin ekspertlər bunu regionda gərginliyin azalması istiqamətində müsbət bir addım kimi qiymətləndirir. İran rəsmiləri isə bu prosesin daha geniş əməkdaşlıqlara yol açacağını ümid etdiklərini bildirirlər.