ABŞ Ukraynaya əlavə hərbi yardım paketi ayırıb.
Demedia.az xəbər verir ki, ABŞ Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edib. Demedia.az The New York Times-a istinadən xəbər verir ki, yardım paketinə hava hücumundan müdafiə sistemləri və ağır silahlar daxildir. Bu yardım Rusiyanın davam edən hərbi təzyiqlərinə qarşı Ukraynanın müdafiə gücünü artırmaq məqsədini daşıyır. ABŞ Dövlət Departamenti Ukraynanın suverenliyinin müdafiəsini dəstəkləməyə davam edəcəyini bəyan edib. Yardım paketi Avropadakı müttəfiqlərin dəstək vədi ilə uyğunlaşdırılıb. Kreml isə bu yardımı regional sabitliyə zərər vuracaq addım kimi qiymətləndirib.