Hindistanda 5G texnologiyası genişlənir
Demedia.az verir ki, Hindistan hökuməti ölkənin bütün şəhərlərində 5G şəbəkəsini istifadəyə verməyi planlaşdırır. Demedia.az Reuters-ə istinadən xəbər verir ki, bu texnologiya iqtisadi inkişafı stimullaşdıracaq və rəqəmsal xidmətlərin genişlənməsini təmin edəcək. Layihə çərçivəsində ölkənin telekommunikasiya operatorlarına vergi güzəştləri təqdim edilib. Ekspertlər 5G-nin Hindistanın texnoloji inkişafında dönüş nöqtəsi olacağını düşünürlər. Layihə 2025-ci ilə qədər tamamlanacaq və kənd yerlərinə də daxil olacaq. Hökumət rəqəmsal iqtisadiyyatın inkişafını strateji prioritet elan edib.