Uşaqlıq boynu erroziyası nədir? Video
Uşaqlıq boynu eroziyası nədir?
Uşaqlıq boynu eroziyası – bu zaman uşaqlıq boynunun uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. İstənilən yaşda baş verə bilər və diqqətli müayinə, müalicə tələb edir. Uşaqlıq boynunun daxili səthini örtən epiteliya hüceyrələri glandular xüsusiyyətə yəni ifrazat etmə xüsusiyyətinə malik olduğu halda, vaginanın daxili səth hüceyrələri bu hissəni müxtəlif xarici amillərdən (bakteriya, virus, cinsi əlaqənin "aşındırıcı" təsirlərindən) qorumaq vəzifəsi olan yastı epiteliya hüceyrələridir. Bu iki fərqli hüceyrə növünün bir birinə yaxın olduğu bölgəyə dəyişilmə zonası ( transformation zone) deyilir.
Ginekoloq Əfsanə Məsimova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Əfsanə Məsimova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Aysun Həsənova / Demedia.az