Qaraciyər yağlanmasından necə qurtula bilərik? Video



 19:04 22.01.2025     877

Qaraciyər yağlanması nədir?

Normada qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var. Bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma adlanan bir durum yaranır. Əgər qaraciyər hüceyrələrinin 5-10%-dən artığı yağlanırsa, qaraciyər yağlanması diaqnozu qoyula bilər. Yağ lipidlərinin miqdarı qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər serrozu, qaraciyər xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər.

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Dr. Nazlı Qasımova  "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Aysun Həsənova / Demedia.az