Mioma nədir? Video



 21:37 22.01.2025     833

Mioma uşaqlığın düz əzələ toxumasından əmələ gələn xoş xassəli şişdir.

Miomanın xərçəngə çevrilmə riski 1% təşkil edir. Mioma çox rastlanan ginekoloji xəstəliklər içərisində xüsusi yer tutur. Miomanın daha gənc yaşlarda rast gəlmə tezliyi çox nadir hallarda olur. Mioma əsasən 30-40 yaş qruplarında olan qadınlarda rastlanır. Miomalara menopauza dövründə yəni menstruasiya bitdiyi dövrdə də rast gəlinir, ancaq bu dövrdə qadın hormonu olan esterogenin azalması ilə əlaqədar olaraq miomaların ölçüsündə kiçilmələr baş verir, hətta tamamilə yox  ola bilər. 

Ginekoloq Əfsanə Məsimova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Əfsanə Məsimova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Aysun Həsənova / Demedia.az