Bu kistalar sonsuzluq yarada bilər. Video



 17:13 18.02.2025     569

Yumurtalıq kistaları girdə formalı, maye tərkibli, xoşxassəli törəmələr olub, yumurtalıq toxumasında və ya onun bilavasitə yaxınlığında yerləşir.

Əsl şişlərdən fərqli olaraq onların hüceyrələri bölünüb çoxalmır. Bu törəmələrin ölçüsü onların möhtəviyyatı hesabına artır. Yumurtalıqların kistoz törəmələri hər bir yaşda, hətta yenidoğulmuş qız uşaqlarında da əmələ gələ bilər. Adətən onlar orta yaşlı qadınlarda rast gəlinir. Klimaksda olan hər 100 qadından 15-ində onlar müşahidə olunur.

Ginekoloq Əfsanə Məsimova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Əfsanə Məsimova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Aysun Həsənova / Demedia.az