Göz müayinəsi ağrılıdır? Video



 14:09 20.02.2025     691

Gözlərimiz 5 duyğu orqanımız arasında bizə dünyanın bütün gözəlliklərini göstərən, ətraf aləmdəki informasiyaların 80%-ni bizə çatdıran ilk və ən vacib orqanımızdır.

Göz orbita yuvasında yerləşən,çəkisi 7qr olan yarımkürəşəkilli orqandır. Gözlərimizi mütəmadi olaraq müayinə etdirmək sağlam və xoşbəxt yaşamaq üçün son dərəcədə vacibdir. Gözlə bağlı hər hansı bir problem olmasa belə ola biləcək risklərin əvvəlcədən aşkarlanması üçün ildə 1 dəfə göz müayinəsindən keçmək məsləhətdir. Uşaqlarda bu müddət 6 aydır və hətta həkim məsləhəti olarsa bu müddət daha da tezləşə bilər.

Oftalmoloq Cərrah Dr Gövhər Əliyeva mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Dr Gövhər Əliyeva   "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Aysun Həsənova / Demedia.az