Uşaqlarda Qripin müalicəsi necə edilir? /video


Qrip, influenza A və B viruslarının səbəb olduğu, ani başlayan yüksək temperatur, öskürək, yorğunluq və əzələ ağrısı kimi simptomlar göstərən, burun, boğaz və bəzən ağciyərləri təsir edən yoluxucu bir viral infeksiyadır.
Körpələr, immuniteti zəif olanlar, xroniki xəstəliyi olanlar və yaşlılar üçün daha mənfi təsir göstərən bir xəstəlik olan qrip, simptomlar baxımından bu şəxslərə daha çox təsir edir. Mövsümi bir xəstəlik olaraq bilinən qrip, adətən qış aylarında cəmiyyətin bir çox hissəsinin xəstələndiyi və epidemiyaya çevrildiyi zamanlarda daha çox rast gəlinir. Adətən öz-özünə və evdə tətbiq edilən təbii üsullarla sağalma meyli göstərən qrip, simptomların şiddətlənib ağırlaşdığı halda həkim nəzarəti tələb edə bilər. Xəstənin vəziyyətinə bağlı olaraq tətbiq edilə biləcək müalicə üsulları ilə yanaşı qripdən qorunmanın təsirli yollarından biri də müntəzəm olaraq edilən qrip peyvəndidir.
Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Pediatr Günay Rəsulova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Əzizzadə Məleykə / Demedia.az