Endometrial poliplərin yaranma səbəbi nədir? /video



 11:54 21.02.2025     788

Endometrial poliplər, uşaqlığın daxili təbəqəsində (endometrium) yaranan, toxuma və damarlarla zəngin olan kiçik və ya böyük xoşxassəli çıxıntılardır.

Çox vaxt xoşxassəli olsalar da, nadir hallarda xərçəngə və ya xərçəngöncəsi vəziyyətlərə çevrilə bilərlər. Bu poliplər, hormonal balanssızlıq və endometriumun həddindən artıq qalınlaşması ilə əlaqələndirilir.

Səbəblər

1. Hormonal Balanssızlıq.Estrogenin Artığı: Estrogen hormonu endometriumun qalınlaşmasına səbəb olur. Bu, polip inkişafını stimullaşdırır.

2.Yaş: Əsasən 40-50 yaş arası qadınlarda rast gəlinir. Menopoz sonrası qadınlarda da müşahidə edilə bilər.

3.Obezlik: Artıq yağ toxuması estrogen səviyyəsini artırır.

4. Tamoksifen İstifadəsi: Döş xərçəngində istifadə olunan bu dərman endometriumun qalınlaşmasına səbəb ola bilər.

5. Hipertoniya və Diabet: Bu xəstəliklər poliplərin inkişaf riskini artırır.

 

Ginekoloq Əfsanə Məsimova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Əfsanə Məsimova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az