Spermanın faizinin aşağı düşməsinin səbəbi nədir? /video


Spermann sayını və keyfiyyətini aşağı salan səbəblər getdikcə çoxalmağa başlayır.
Dar şalvar geyinmək,velosiped sürmək və idmanla məşğul olmaq spermoqrammanın keyfiyyətinə təsir göstərirmi? Spermanın keyfiyyətini aşağı salan səbəblər nələrdir?
Hormon balanssızlığı – Testosteronun aşağı olması, qalxanabənzər vəzi problemləri.
Sağlamlıq problemləri – Varikosel, infeksiyalar, şəkərli diabet, ürək-damar xəstəlikləri.
Yaş və genetika – Yaş artımı, genetik xəstəliklər. Zərərli vərdişlər – Siqaret, alkoqol, narkotik, zərərli qidalanma.
Stress və psixoloji faktorlar – Xroniki stress, depressiya, yuxu pozğunluğu.
Ətraf mühit və iş şəraiti – Radiasiya, kimyəvi maddələr, sıx alt paltarı, istilik təsiri.
Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / Demedia.az