Mədədə çox güclü qastrit aşkarladıq - ÖD QASTRİTİ Video



 10:10 25.02.2025     1018

Qastrit mədənin daxili səthini əhatə edən qişanın iltihabıdır.

Çox mədə turşusu istehsal edildikdə və ya mədə divarının qoruyucu daxili təbəqəsi zədələndikdə baş verir. Həddindən artıq mədə turşusu mədə mukozası ilə birbaşa təmasda olur və oradakı hüceyrələri zədələyir. Ümumiyyətlə, qastritin iki forması var: kəskin və xroniki qastrit. Birdən baş verərsə kəskin, daha uzun müddət inkişaf edərsə xroniki adlanır. Kəskin qastrit mədədə və beldə şiddətli ağrılar, ürəkbulanma, qusma və iştahsızlıq ilə xarakterizə olunur.  Xroniki forması adətən heç bir əlamətə səbəb olmur və ya yalnız qarnın yuxarı hissəsində narahatlıq, həzmsizlik, şişkinlik və yeməkdən sonra dolğunluq hissi kimi yüngül simptomlarla özünü göstərir.

 

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Dr. Nazlı Qasımova  "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz. 

Əzizzadə Məleykə / Demedia.az