Kavasaki xəstəliyi nədir? /video


Kavasaki sindromu (KS) və ya Kavasaki xəstəliyi morfoloji olaraq əsasən kiçik və orta arteriyaların (koronar damarlar da daxil olmaqla) destruktiv-proliferativ zədələnməsi ilə (sistem vasküliti) xarakterizə olunan və qızdırma, selikli qişalarda, dəridə, limfa düyünlərində olan dəyişikliklər ilə müşayiət olunan kəskin bir xəstəlikdir.
Xəstəlik ilk dəfə 1967-ci ildə Yaponiyada Tomisaku Kavasaki tərəfindən təsvir edilmişdir. Xəstəliyin klinik gedişində üç mərhələ qeyd olunur: kəskin mərhələ, yarım kəskin mərhələ və sağalma mərhələsi. Baker və b. (2009) aşkar etmişdir ki, hərarətin meydana çıxmasından bir neçə gün əvvəl narahatlıq, qusma, iştahanın azalması, öskürək, ishal, rinoreya, zəiflik, qarın və oynaq ağrısı kimi qeyri-spesifik simptomlar müəyyən olunur.
İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / DEMEDİA.AZ