Uşağınızın başı çox tərləyirsə səbəbi... Video/



 09:45 28.02.2025     955

Tərləmə orqanizmdə istilik tarazlığını tənzimləmək, bədəndəki zəhərli maddələri xaric etmək üçün yaranan haldır.

Uşaqların dərisində tər vəzlərinin sıxlığı böyüklərə nisbətən artıq olduğu üçün uşaqlar daha çox tərləyir.Tərləmənin ən çox rast gəlinən səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə hərarətin yüksək olmasıdır. Bu baxımdan onların geyimlərinə və otaq temperaturuna diqqət yetirmək lazımdır. Uşağın daha çox tərləmə səbəblərindən biri də qan azlığıdır. Əgər körpədə anemiya şübhəsi varsa, qanın ümumi analızı edilməsi və diaqnoz qoyulması məsləhətdir. Mütəxəssislər bildirirlər ki, D vitaminin çatışmazlığı zamanı körpənin tərləməsində artım ola bilər.

 

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az