Miokardit nədir? /video



 11:44 03.03.2025     1016

Miokardit – ürəyin əzələ qişasının ağır iltihabi xəstəliyidir, kardiomiositlərin nekrozu ilə nəticələnir.

Xəstəliyin inkişafı 2 əsas mexanizmdən biri ilə təyin olunur:

  • infeksion və ya digər karditoksok agentin təsiri ilə kardiomiositlərin birbaşa zədələnməsi;
  • infeksion və ya digər kardiotoksik agentə qarşı baş vermiş autoimmun reaksiya ilə kardiomiositlərin zədələnməsi

Miokarditi əmələ gətirən səbəblər infeksion və ya qeyri-infeksion ola bilər. Bir çox hallar idiopatik (naməlum səbəbli) olaraq qalır.İnfeksion miokardit əsasən virus etiologiyalıdır. Əsas törədicilər parvovirus B19 və insanın herpes virusu (6-cı tip) hesab olunur. İnkişaf edən ölkələrdə xəstəliyin əmələ gəlməsi revmatik kardit, Şaqas xəstəliyi və ya HİV (QİÇS) ilə əlaqələndirilir. Qeyri-infeksion səbəblərə kardiotoksinlər, bəzi sistem pozğunluqlar və bəzi dərman maddələri (hiperhəssaslıq reaksiyasının törətdiyi miokardit) aiddir. 

 

İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib. 

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / DEMEDİA.AZ