Nevroloji problemlər ürəkdə xəstəlik yarada bilər? /video


Nevroz günümüzdə bəzi psixoloji xəstəliklərə verilən ad olaraq, orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir xəstəlikdir.
Nevroz xəstəliyi insanlarda müxtəlif səbəblərdən yarana bilər. Varlığını bir çox əlamətlərlə hiss etdirən bu xəstəlik, insanların həyatına mənfi təsir göstərir. Nevroz ümumiyyətlə, sosial münasibət və davranışlara təsir edən və insanların ruhi xəstə olması fikri ilə bağlı olan psixi xəstəlikdir. Bu gün nevrotik meyllər hər bir insanda da müşahidə oluna bilər. Psixoloji və fiziki simptomlarla ortaya çıxan nevrotik pozuntu həm davranış pozuntularını, həm də emosional çaşqınlığı özündə əks etdirir. Nevrotik pozuntuları olan insanlarda ümumi simptomlar müşahidə oluna bilər.
Xəstəliyin əlamətləri, adətən müxtəlif vəziyyətlərdə və müxtəlif simptomlarla özünü göstərir. Ümumiyyətlə, nevroz xəstələrində yaşanan emosiyalar həddindən artıq səviyyədədir. Daimi günahkarlıq hissi var. Bu qəzəbdən dolayı xəstələrdə hirs və aqressiv davranışlar müşahidə olunur.
İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / DEMEDİA.AZ