Ürəkbulanma hormonlara bağlı ola bilər? /video


Ürəkbulanma mədədə narahatçılıq hissi və qusma istəyini göstərən bir simptomdur.
Ürəkbulanma bir çox səbəbdən ola bilər. Ən çox rast gəlinən səbəblərə bəzi qidalara həssas olmaq, dərmanlar, qastroezofaqal reflüks, infeksiya, xora, ağrı aiddir. Həmçinin sürətli hərəkət, nəqliyyat vasitələrində hərəkət də ürəkbulanmaya səbəb ola bilər. Ürək bulanmanın səbəbləri arasında mədə-bağırsaq pozğunluqları, stres və hamiləlik kimi vəziyyətlər yer alır. Həkimlər, ürək bulanmanın səbəbləri olaraq bəzi dərmanların yan təsirlərini də qeyd edirlər. Ürək bulanmanın səbəbləri arasında qida zəhərlənməsi və migren kimi xəstəliklər də ola bilər.
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Əzizzadə Məleykə / DEMEDİA.AZ