Hamiləliyin əlamətləri nələrdir? /video


Hamiləlik dövründə yaşanan simptomlar insandan insana fərqli ola bildiyi üçün hər bir qadında simptomlar başqadır.
Erkən hamiləliyin ən çox görülən simptomu menstruasiyanın gecikməsidir. Səhər mədə bulanması, yorğunluq, yemək istəyi və ya ikrah, əhval dəyişikliyi, menstruasiya gecikməsi, yuxululuq, döşlərdə həssaslıq və şişkinlik, tez-tez sidiyə getmə, bel və qasıq ağrısı, qoxulara qarşı həssaslıq, ürəkbulanma kimi fiziki dəyişikliklər ümumi hamiləliyin simptomlarıdır. Hormonal dəyişikliklərin əhval-ruhiyyəyə təsiri gələcək anaları daha emosional edə bilər. Hamiləlik əlamətləri adətən hamiləliyin ilk 1-2 həftəsində başlaya bilər. Ancaq hamiləliyin simptomları və onların şiddəti fərqli ola bilər.
Ginekoloq Əfsanə Məsimova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Əfsanə Məsimova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Əzizzadə Məleykə / Demedia.az