Prostat vəzi massaj etmək düzgündür? /video



 10:11 07.03.2025     761

Belə ki, prostat vəzin masajı düzgün olunduqda prostat vəzin qan dövranı yaxşılaşır.

Düzgün prostat masaji zamanı barmaq hərəkətləri elə olmalıdır ki, vəzin şirə hazırlayan axacaqları az travma alsın və daxilindəki şirə çölə ( sidik kanalına və oradan da xaricə ) qovulsun. Qısa müddət ərzində bütün dünyada prostat masajı prosedurası xroniki prostatitin əsas müalicə prosedurası olaraq geniş tətbiq olunmağa başlamışdır. Prostat masajı tibbi proseduradır və o klinik bilik və bacarığı olan peşəkar həkim uroloq tərəfindən aparılmalıdır. Çünki prostat masajını düzgün aparmaq üçün mütləq prostat vəzin yerləşməsini, anatomiyasını, onun xəstəliklərini, xəstəliklərin təzahür formalarını bilmək lazımdır. Çünki prostat vəzin bir sıra xəstəlikləri vardır ki, bu zaman prostat vəzinin masajı nəinki prostatiti sağaldır, hətta həm prostatın özünə həm də ümumilikdə bütün orqanizmə zərər verər. Ona görə də prostat vəzin masajını yalnız peşəkar həkim uroloq etməlidir.

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / Demedia.az