İdmana başlamazdan əvvəl ürək yoxlanılması vacibdir? /video



 09:49 10.03.2025     844

Ürək sağlamlığını qorumaq və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün ən təsirli vasitələrdən biridir.

Düzgün həyata keçirilən fiziki fəaliyyət, ürək-damar sistemini gücləndirir, qan təzyiqini tənzimləyir və qan dövranını yaxşılaşdırır.Ürək Sağlamlığının İdmanla Əlaqəsi;

1. Ürək-damar funksiyasının yaxşılaşması:Müntəzəm məşq ürəyin nasos funksiyasını artırır və qan dövranını yaxşılaşdırır.

2. Qan təzyiqinin azalması:Aerobik məşqlər qan damarlarını genişləndirərək yüksək təzyiqi azaldır.

3. Xolesterin səviyyəsinin normallaşması:Faydalı HDL xolesterini artırır, zərərli LDL xolesterini azaldır.

4. Çəki idarəsi:İdman bədən çəkisini azaltmağa və piylənmənin qarşısını almağa kömək edir.

5. İltihabın azaldılması:Fiziki fəaliyyət iltihab markerlərini azaldaraq ürək xəstəlikləri riskini azaldır.

6. Stress və emosional sağlamlıq:İdman stressi idarə edir, depressiya və narahatlıq əlamətlərini azaldır.

İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib. 

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / DEMEDİA.AZ