Tez-tez cinsi əlaqədə olmaq zərərlidir? /video


Cütlüklər arasında münasibətlərin sağlam olmasında cinsi əlaqə mühüm faktordur.
Xüsusilə ilk aylarda demək olar ki, hər gün cinsi əlaqədə ola bilərsiniz. Ancaq cütlüklər hər gün cinsi əlaqədə olmağın yaxşı və ya pis olduğunu düşünürlər.Hər gün cinsi əlaqədə olmaq zərərlidir yoxsa faydalı? Hər gün cinsi əlaqədə olmağın həm kişilər, həm də qadınlar üçün faydaları olduğu kimi bəzi zərərləri də ola bilər. Həyat yoldaşlarından birinin bu mövzuda istəksizliyi aralarındakı münaqişəni artırır. Hər gün cinsi əlaqədə olmaq cütlüyün sosial həyatını məhdudlaşdıra bilər. Həddindən artıq cinsi istək hallarında uyğun olmayan tərəfdaş əlaqələri arta bilər. Bu, cinsi yolla keçən müxtəlif xəstəliklərə yoluxma riskini artırır. Həyat yoldaşlarından birinin həddindən artıq cinsi istəyi digərində cinsi istəksizlik riski yarada bilər. Bəzi cütlər üçün bu, problemin həlli üsuluna çevrilə bilər. Bu, problemin həllini gecikdirə bilər. Bir qadının menstruasiya dövründə mübahisələrə səbəb ola bilər.Cinsi əlaqənin olmadığı günlərdə insanlar çətinliklə üzləşə bilər. Bəzi insanlarda yorğunluğa səbəb ola bilər.
Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / Demedia.az