Göz travmaları və onların fəsadları...DİQQƏT! /video



 10:16 13.03.2025     771

Göz travmalarının müxtəlif növləri mövcuddur.

Onlar məişət, istehsalat, kriminal, kənd təsərrüfatı, uşaq, hərbi növlərdə ola bilər. Həmçinin də kimyavi və ya termik yanıqların nəticəsində yarana bilər. Travmalar ağırlıq dərəcəsinə görə xarici və deşici ola bilərlər. Lakin faktiki olaraq istənilən göz travmasında görmə funksiyasının pisləşməsi müşayiət olunur. Ən geniş yayılmış növ istehsalat göz travmalarıdır. Onlar göz almasının travmatik zədələnməsinin 70%-ni təşkil edirlər. Çox zaman onları metal emalatı ilə məşğul olan işçilər alırlar.İstənilən görmə orqanı zədələnməsi, hətta ilk görünüşdə tamamilə zərərsiz və tibbi yardıma ehtiyyac yaratmayan kimi görünsə də, ciddi nəticələrə, hətta görmə funksiyasının tam itkisinə və əlilliyə gətirib çıxara bilər.

Oftalmoloq Cərrah Dr Gövhər Əliyeva mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Dr Gövhər Əliyeva   "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az