Beldən ayağa vuran ağrının səbəbi... /video



 10:27 13.03.2025     654

Bel ağrısı hərəkətsiz həyat fəaliyyətinin gətirdiyi problemlərdən biridir.

Hər bir insanın həyatında ən azı bir dəfə başına gəldiyi bu şikayət həyat keyfiyyətini aşağı salmaqdadır. Bununla belə bel ağrısı önəmli bir xəstəliyin simptomu da ola bilməkdədir. Əzələ zədələnməsindən tutmuş, öd kisəsi, boyun və bel yırtıqları, ürək, böyrək, ağciyər kimi orqan xəstəliklərinin xəbərdaredici bir simptomu da ola bilər.Bel ağrısı baş nahiyəsindən başlayaraq belə qədər olan, onurğanın hər iki tərəfində yerləşən əzələlərin gərilməsi ilə meydana gələn ağrı formasıdır. Çox zamanda streslə əlaqələndirilən belə şikayətlər bir neçə gün ərzində keçib getməkdədir. Bəzi hallarda isə boyun, çiyin və bel nahiyələrindəki sinirlərin müəyyən səbəblərə bağlı olaraq basqılanması və həmin bölgədəki əzələlərin uzun müddət gərginləşməsi zamanı da bu tip ağırlara rast gəlinir. Bel ağrısı çox zaman diqqət edilməyən şikayətdir. Bir çox insan, xüsusən də yaşlı şəxslər bu kimi ağırları bir xəstəlik olaraq hesab etməz, ağrılarda birgə yaşamağa öyrəşərlər. Bəzən isə bel ağrıları ani şəkildə ortaya çıxır ki, cəld hərəkət və ya ağır fiziki iş zamanı qəfil bel tutulmaları bunlara bir misal ola bilər.

 

Alqoloq Vüsal Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənova / Demedia.az