Anadangəlmə ürək qüsurunun yaranmasında valideynlərin etdiyi 5 pis vərdiş... Video/


Anadangəlmə ürək qüsuru olan ananın ürək qüsurlu uşaq dünyaya gətirməsi ehtimalı 50 faizin üzərindədir.
Bu, anada artıq olan qüsurlu genlərin bir araya gəlməsi və dölün inkişafı zamanı bir sıra faktorların təsiri nəticəsində olur. Anadangəlmə ürək qüsurlarının yaranmasına həm genetik faktorlar, həm də hamiləlik dövründə bəzi anaların pis vərdişləri səbəb ola bilər. Ürək damar sisteminin formalaşmasında embriogenezin ilk 8 həftəsi önəmli əhəmiyyət kəsb edir. Bundan əlavə, valideynlərdə və ya qohumlarda anadangəlmə ürək xəstəliyinin olması, yaxın qohum evlilikləri, anada şəkərli diabet, hamiləlik dövründə spirtli içki və siqaret istifadəsi, ananın radiasiyaya məruz qalması körpədə bir sıra ürək qüsurlarının yaranmasına səbəb olur.
İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / DEMEDİA.AZ