Stressin qadın hormonlarına təsiri... Video/



 09:01 15.03.2025     729

Stres və narahatlıq qadınların fiziki və psixi sağlamlığına təsir edir.

Bu zaman qadın orqanizmində yarana biləcək ilkin simptomlar reproduktiv sistemdə görünür. Xroniki stres hormon ifrazını dayandıra, nizamsız menstruasiyalara, hamiləliyin çətinləşməsinə gətirib çıxara bilər. Stres həyatımızın təbii bir hissəsidir. Xroniki stres çox vaxt qadın orqanizminə, xüsusən də cinsi və reproduktiv sağlamlığa mənfi təsir göstərir. Sağlam həyat tərzi və stresin düzgün  idarəsi orqanizminizin düzgün işləməsi üçün vacibdir. Stres hiss etdiyimiz zaman beynimiz kortizol adlı hormonu ifraz edir. Kortizol ovucların tərləməsi, ürək döyüntüsü və nəfəs darlığı kimi halların baş verməsinin əsas mənbəyidir. Xroniki stres kortizol səviyyəsini yüksək saxlayır və bədən daimi fizioloji həyəcan vəziyyətində qalır. Bu, öz növbəsində, əsəbilik, baş ağrısı, yuxusuzluq və yorğunluq da daxil olmaqla bir sıra xoşagəlməz simptomlara gətirib çıxarır.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az