Uşaqlara hər gün yumurta vermək zərərli ola bilər? Video/



 09:06 15.03.2025     721

Yumurta insan üçün ən əhəmiyyətli protein qaynaqlarından biridir.

 Onun tərkibindəki zülalın miqdarı çox yüksəkdir və insan mədəsi bunun yüz faizini həzm edib istifadə edə bilir. Uşaqlar böyüyür və inkişaf edir, ona görə də hər gün müəyyən miqdarda zülal qəbul etməlidirlər. Bunun üçün də yumurta uşaqlar üçün əhəmiyyətli bir qida qaynağıdır. Körpələr 6 aydan sonra yumurta yeyə bilər, amma ilk olaraq yumurtanın sarısı ilə başlamalıyıq. Bir neçə aydan sonra heç bir problem olmadığını görəndə ona yumurtanın ağını da verməyi tövsiyə edirik. Uşaqlar hər gün bir yumurta yeyə bilər.

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az