Yuxusuzluq və həddən artıq yatmaq istəyiniz varsa... Video/


Sağlam həyatın əsas xüsusiyyətlərindən biri şübhəsiz ki, keyfiyyətli və yetərli qədər yuxudur.
Gündəlik həyatın səmərəli keçməsi üçün kifayət qədər uzun, dərin və rahat bir yuxu vərdişi qazanmaq lazımdır. Yuxu zamanı, gün ərzində bədənimizdə baş verən reaksiyaların zərərli təsirlərinin təmiri və toksik maddələrin uzaqlaşdırılması, toxumaların yeni günə hazırlanması prosesi baş verir. Bundan əlavə, beyin funksiyalarının tənzimlənməsi, beyin hüceyrələrinin dincəlməsi və gün ərzində öyrənilən məlumatların yaddaşa köçürülməsi kimi proseslər də həyata keçirilir. Bununla belə, bu gün müxtəlif sağlamlıq problemləri səbəbindən yuxunun keyfiyyətinin azalması, yuxuya getməkdə çətinlik və ya yuxusuzluq kimi müxtəlif yuxu pozuntuları daha çox müşahidə olunmaqdadır. Bu kontekstdə, sağlam və uğurlu bir həyat üçün yuxu pozuntularının aradan qaldırılması olduqca vacibdir.
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Əzizzadə Məleykə / DEMEDİA.AZ