Qarşı cinsə olan marağın azalması... DİQQƏT! Video/



 11:55 18.03.2025     661

Kişilərdə cinsi istəyin olmaması fiziki və ya psixoloji səbəblərdən meydana gələ bilən və həyat keyfiyyətini mənfi təsir edə bilən ümumi bir vəziyyətdir.

Hormonal disbalans, stres, depressiya, münasibət problemləri, həddindən artıq spirt qəbulu və xroniki xəstəliklər bu vəziyyətin əsas səbəbləridir. Simptomlar olaraq isə cinsi fəaliyyətə marağın itməsi, aşağı libido və ereksiya problemlərini qeyd etmək olar. Cinsi istəksizliyin müalicəsi əsas səbəblərə uyğun olaraq planlaşdırılır. Kişilərdə cinsi istəksizliyin əsas səbəbləri bunlardır:

  • Hormonal disbalans
  • Fiziki Sağlamlıq Problemləri
  • Psixoloji səbəblər
  • Münasibət problemləri (partnyor qadının qeyri-aktiv olması, gigiyenası, geyimi)
  • Alkoqol və nikotin istifadəsi
  • Dərmanların Yan Təsirləri
  • Həyat tərzi faktorları

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / Demedia.az