Ürəkçatmazlığı olan uşaqlara BU DƏRMANLAR OLMAZ! /video



 14:30 26.03.2025     911

Ürək çatışmazlığı — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq.

Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur.

 

İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib. 

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / DEMEDİA.AZ