Qrip üçün olan hazır paketlər uşaqlara verilə bilərmi? /video



 14:41 26.03.2025     717

Hazır qrip əleyhinə paketlər adətən yetkinlər üçün hazırlanır və tərkibində müxtəlif dərmanlar (parasetamol, ibuprofen, vitaminlər, burun açıcı spreylər və s.) ola bilər.

Uşaqlar üçün bu paketlərin istifadəsi təhlükəli ola bilər, çünki bəzi dərmanların dozası və tərkibi uşaqlar üçün uyğun deyil.Əgər uşağınız qrip və ya soyuqdəymədən əziyyət çəkirsə, mütləq pediatrla məsləhətləşin. Uşaqlar üçün xüsusi yaşa uyğun dərmanlar mövcuddur və həkim onların təhlükəsiz istifadəsini tövsiyə edə bilər.

 

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az