Ayaqlarda yanma və sancmanın səbəbi nədir? /video



 14:49 26.03.2025     495

Ayaqlarda yanma hissi gündəlik həyata mənfi təsir edən narahatlıqdır.

Bu hiss dabanda və ya barmaqlarda başlayaraq ayağa yayılır və yayıldığı yerin isinməsinə və qıcıqlanmasına, keyməsinə səbəb olur.  Hətta vaxt keçdikdə bu əlamətlər yerini ağrıyla da əvəz edir. 
Ayaqlarda yanma olmasının bir çox səbəbləri var. Həmçinin bu vəziyyət adətən bir neçə sağlamlıq probleminin əlaməti kimi də üzə çıxır. Xüsusilə neyropatiya, əsas da diabetli xəstələrdə rast gəlinən periferik neyropatiya ayaqlarda yanma hissinin ən çox görülən səbəblərindən biridir. Bununla bərabər qan dövranı pozğunluqları, damar xəstəlikləri, göbələk infeksiyaları və vitamin çatışmazlığı da ayaqda sözü gedən narahatlığı yaradır.
Bu, keçici olsa da, bəzi hallarda xroniki hala keçərək insanın gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Buna görə də yanmanın dəqiq səbəbini diaqnoz etmək və uyğun müalicə üsulları ilə narahatlığı aradan qaldırmaq üçün həkimə müraciət edilməlidir.  

 

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ