PTOZ nədir? Video/



 09:37 27.03.2025     702

Ptoz, göz qapağının düşməsi ilə xarakterizə olunan bir göz xəstəliyidir.

Bu vəziyyət, yuxarı göz qapağının adi vəziyyətindən daha aşağıda yerləşməsi nəticəsində yaranır və görmə sahəsini məhdudlaşdıra bilər. Ptoz həm bir, həm də hər iki gözə təsir edə bilər və hər yaşda baş verə bilər. Ptoz, anadangəlmə (konqenital) və ya sonradan yaranan (qazanılmş) ola bilər. 

  • Konqenital Ptoz: Doğuşdan mövcud olan ptoz növüdür. Adətən, göz qapağını qaldıran əzələnin düzgün inkişaf etməməsi ilə bağlıdır.

  • Qazanılmış Ptoz: Həyatın istənilən mərhələsində ortaya çıxan ptoz növüdür. Əsas səbəbləri yaşlanma, göz əməliyyatları, travma, sinir və ya əzələ problemləridir.

 

Oftalmoloq Cərrah Dr Gövhər Əliyeva mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Dr Gövhər Əliyeva   "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az