Qazanılmış ürək xəstəliyi niyə yaranır? Video/



 15:17 29.03.2025     691

Ürək çatışmazlığı — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluqdur. 

Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur. Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir.

İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib. 

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / DEMEDİA.AZ