Qarnı gedən və qusan uşaqlar hansı qidaları qəbul etməlidir? Video/



 15:41 29.03.2025     958

İshal, nəcis sayının artması və nəcisin çox sulu olma halıdır.

Həzm sistemində su əsasən  yoğun bağırsaqlardan geriyə sorulur, bu da nəcisin normal şəkil və konsistensiya almasına səbəb olur. Bəzən nəcis çox sulu olur, ishal yaranır. Uşaqlarda ishal çox rast gəlinən hallardan biridir. Uşağın yaşına və qidalanmasına görə defekasiya (nəcisə getmə) sayı dəyişir. Belə ki yenidoğulmuşda defekasiya gündə 3-6 dəfə, 1yaşın sonuna qədər olan körpələrdə  isə gündə 2-3 dəfə ola bilər. 1yaşdan böyük uşaq gündə ən az üç və ya daha çox  böyük bayıra  çox sulu şəkildə çıxırsa bu ishaldır. Ana südü ilə qidalanan körpələrdə neçə dəfə yeyirsə (az miqdarda) o qədər də böyük bayıra getmə normal sayılır. Ishal uşaqlarda müxtəlif səbəblərdən ola bilər: infeksiyalar, qida zəhərlənməsi, düzgün qidalanmamaq, anadangəlmə bağırsaq xəstəlikləri, müxtəlif antibiotik və dərman maddələrinin qəbulu, Immun yetməzlik və s. Qarnı gedən və qusan uşaqların qidalanmasına isə xüsusi diqqət etmək lazımdır.

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az