Düzgün su qəbulu necə olmalıdır? Video/



 09:49 31.03.2025     711

İnsan bədəninin ortalama 60 faizi sudan ibarətdir.

Su oksigendən sonra insan üçün vacib ünsürlərdən birisidir. İnsan bədəninin 25 faizi qatı maddələrdən, 75 faizi isə sudan, mayedən ibarətdir. Beynimizin isə 85 faizi sudur. Suyun həyat olduğunu hər kəs bilir. Orqanizmə hansı miqdarda suyun lazım olduğunu dəqiqləşdirmək üçün kiçik bir hesablama aparmaq kifayətdir. Bədənin hər kiloqram çəkisi 30 qram su tələb edir. Məsələn, əgər sizin çəkiniz 70 kiloqramdırsa, 70 vurulur 30-a. Nəticədə sizin orqanizminizin suya tələbatı 2 litr 100 qram alınır. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, əgər insan idmanla, yaxud gün ərzində saatlarla fiziki işlə məşğul olursa, və ya havaların hədsiz dərəcədə isti olması suya tələbatı artırır.

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Dr. Nazlı Qasımova  "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz. 

Əzizzadə Məleykə / Demedia.az