Uşağınızın ürəyində şiş varsa...DİQQƏT! Video/


Ürək şişləri – ürək toxumaları və qişalarından inkişaf edən heterogen törəmələr qrupudur.
Şişlər ürəyin istənilən toxumasından başlanğıc götürə və hər yaşda yarana bilər. Müstəqil xəstəlik hesab olunan ürək şişləri birincili, hematogen və ya limfogen yolla metastazlaşan və ya qonşu orqanlardan yayılan şişlər isə ikincili adlanır. Birincili şişlər xoşxassəli olur (yəni xərçəng deyil). Ürəyin birincili şişlərin 50%-i miksomanın payına düşür. Miksomalar əsasən sol qulaqcıqda lokalizasiya olunur. Ayaqcığa malik miksomalar mitral qapaqdan qabararaq, diastola dövründə sol qulaqcığın boşalmasını və mədəciyin dolmasını çətinləşdirir. Ürəyin ikincili şişlərində də palliativ müdaxilə icra edilir.
İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / DEMEDİA.AZ