Uşağınızda davamlı qarın ağrısı varsa...DİQQƏT! Video/


Qarın ağrısı (sancı,ağrı) uşaqlarda olduqca sıx görülən bir durumdur.
İstər valideynlər, istərsə də həkimlər arasında ciddi yanaşma, diqqət tələb edən bir durumdur. Xüsusən də yaşa bağlı olaraq dəyişgənlik göstərir. Səbəbi hər nə olursa olsun həkim müayinəsindən keçmək vacibdir. Adi bir bağırsaq sancısından, qəbizlikdən tutmuş ciddi qarın içi orqanların xəstəliyinə qədər bir çox problem özünü qarında ağrı ilə göstərə bilər. Ağrıların şiddəti uşağın yaşından, psixoloji vəziyyətindən, uşağın həssaslığından asılı olaraq dəyişir. Pediatrik xəstəliklərdən ən çox görülənləri cərrahi olmayan funksional qarın ağrıları deyilən xəstəliklərdir. Bunlar içərisində bağırsaqda qaz sancıları qəbizlik (yüngül də olsa) çox sıx rast gəlinir.
Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Pediatr Günay Rəsulova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Əzizzadə Məleykə / Demedia.az