Hamiləlikdə fiziki aktivlik olar? Video/


Fiziki aktivlik hamiləlik və zahılıq dövründə qadın və onun uşağı üçün çox faydalıdır.
Misal üçün, hamiləlik və zahılıq dövründə zirək yeriş kimi mülayim-güclü fiziki aktivlik sizin ürəyiniz və ağciyərlərinizi sağlam vəziyyətdə saxlamağa kömək edir. Sağlam qadın hamiləlik və zahılıq dövründə zirək yeriş kimi fiziki aktivlik ilə həftədə ən azı 150 dəqiqə (2 saat yarım) məşğul olmalıdır. Bu aktivlik bir dəfəyə deyil, həftənin müxtəlif günlərində 10 dəqiqədən az olmamaq şərti ilə paylaşdırılmalıdır. İdeal hal gündə 30 dəqiqə (45 dəqiqədən çox olmamaq şərti ilə) məşğul olmaqdır. Hamiləlikdən əvvəl intensiv aerobik aktivliklə məşğul olan sağlam qadınlar bu aktivliyin böyük hissəsini hamiləlik və zahılıq dövründə də həkimin məsləhəti ilə davam etdirə bilərlər.
Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Rəşad Sultan "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Əzizzadə Məleykə / Demedia.az