Ümumi arterial kötük nədir? Video/


Ağciyər arteriyası və aortanın koronar, ağciyər, sistem qan dövranını təmin edən vahid damar şəklində birləşməsi ilə xarakterizə olunan anadangəlmə ürək-damar anomaliyasıdır.
Ümumi arterial kötük sianoz, taxipnoe, taxikardiya, hipotrofiya; bəzi hallarda həyatın ilk günündən kritik ürək çatışmazlığı ilə özünü büruzə verir. Diaqnoz rentgenoloji müayinə, fonokardioqrafiya, elektrokardioqrafiya, exokardioqrafiya, ürək boşluqlarının zondlanması, ventrikuloqrafiya, aortoqrafiyanın nəticələrinə əsasən qoyulur. Ümumi arterial kötük zamanı qüsurun erkən cərrahi korreksiyası göstəriş sayılır. Ümumi arterial kötüyün yaranmasına embirogenezin erkən mərhələsində (bətndaxili dövrün 5-6-cı həftəsində) magistral damarların formalaşmasının pozulması və primitiv kötüyün əsas magistral damarlara – aorta və ağciyər arteriyasına bölünməməsi səbəb olur. Aorta ilə ağciyər arteriyası arasında arakəsmənin olmaması nəticəsində ümumi kötük hər iki mədəcikdən ayrılır və daxilindəki qarışıq veno-arterial qanı ağciyərlər, ürək, digər orqanlara daşıyır. Belə hallarda ümumi arterial kötük, mədəciklər və ağciyər arteriyalarında təzyiq eyni olur.
İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / DEMEDİA.AZ