SIZANAQLAR hormonlara bağlıdır? Video/



 10:39 09.04.2025     278

Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir.

Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir. Sızanaq (akne) xəstəliyi qadınlarda fərqli bir mexanizmlərlə cərəyan edə bilər. Kişilərdən fərqli olaraq qadınlarda sızanaq problemi hormonal pozuntular fonunda meydana gələ bilər. Xüsusən yumurtalıq kistalarına bağlı yaranmış sindromik halların verdiyi sızanaq problemlərinə tez-tez rast gəlinir. Belə xanımlarda adətən sızanaqlar mensturasiya (aybaşı) öncəsi kəskinləşməyə başlayır, yeniləri meydana gəlir, köhnələri qızışır. Bəzilərində tüklənmə problemləri də ortaya çıxır. Xəstələr mensturasiya pozulmaları olduğunu da etiraf edirlər. Belə xəstələrin bəzilər prediabetdən və artıq çəkidən əziyyət çəkirlər. Hormonal pozuntular sadəcə yumurtalıq problemlərinə bağlı yaranmır. Bəzi xəstələrdə hormonal pozuntular böyrəküstü vəzin hormonlarına bağlı yaranır və ciddi sindromik hallara gətirib çıxarda bilir.

 

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ